Sabirabadda xanımlar üçün təlim keçirilib


01:09     15 Aprel 2017 telim-asan_1492185016.jpg

14 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad “ASAN xidmət” mərkəzində xanımlar üçün “Karyerada ilk addım” adlı təlim keçirilib.


İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.5.6-qızların təhsildən yayınmasının qarşısının alınması bəndi çərçivəsində həyata keçirilən təlimin məqsədi Sabirabad rayonunda orta məktəblərdə oxuyan və peşə seçimində qərarsız olan xanımları motivasiya və onlara karyera seçimlərində köməklik etmək, şəxsi inkişaf istiqamətində həvəsləndirməkdir.

Təlim iki paneldən ibarət olub. Birinci paneldə iştirakçılara karyera seçimində vacib olan amillərdən bəhs olunub, interaktiv oyunlar keçirilib. Təlimin ikinci panelində isə Sabirabad rayonunda yaşayan və karyerasında uğur qazanmış xanımlar iştirakçılarla öz uğur hekayələrini paylaşıblar.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 672