İkinci qəbul imtahanında iştirak etmək istəyənlərin nəzərinə!
14:11 18 Aprel 2017
Dövlət İmtahan Mərkəzi (DİM) I, II, III və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
Bildirilib ki, qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər
“Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər”, - deyə DİM-dən bildirilib.
Femida.az
Oxunub: 1847
Oxşar xəbərlər
- İkinci Bakı Şopinq Festivalı başlayır
- İkinci Bakı Şopinq Festivalı başlayır
- İkinci Bakı Şopinq Festivalının vaxtı bilindi
- İkinci sinif şagirdi təkərlər altında qaldı
- İkinci sinif şagirdi faciəvi şəkildə öldü
- İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı - Sərəncam
- İkinci qəbul imtahanına qeydiyyat başlayacaq
- İkinci dəfə həccə gedənlərin nəzərinə - Əlavə pul ödəniləcək
- İkinci tur prezident seçkilərinin vaxtı açıqlanıb
- İkinci `qara qutu` tapıldı - Rusiyada