İkinci Bakı Şopinq Festivalının vaxtı bilindi
23:46 14 Sentyabr 2017
Oktyabrın 15-dən noyabrın 15-dək paytaxtımızda ikinci dəfə Bakı Şopinq Festivalı (“Baku Shopping Festival”) keçiriləcək.
Femida.az Bakı Konqreslər Bürosuna istinadən xəbər verir ki, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müvafiq şou-proqramlarla yanaşı, müxtəlif satış-yarmarkalar təşkil ediləcək. Bu dəfə də festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də, ticarət potensialını əks etdirəcək festival ilk günündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olacaq. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalacaq. Həm ziyarət, həm ticarət ənənəsində növbəti dəfə də yeniliklər olacaq.
Qeyd edək ki, festival Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən keçirilir.
Femida.az
Oxunub: 734
Oxşar xəbərlər
- İkinci Bakı Şopinq Festivalı başlayır
- İkinci Bakı Şopinq Festivalı başlayır
- İkinci sinif şagirdi təkərlər altında qaldı
- İkinci sinif şagirdi faciəvi şəkildə öldü
- İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı - Sərəncam
- İkinci qəbul imtahanına qeydiyyat başlayacaq
- İkinci qəbul imtahanında iştirak etmək istəyənlərin nəzərinə!
- İkinci dəfə həccə gedənlərin nəzərinə - Əlavə pul ödəniləcək
- İkinci tur prezident seçkilərinin vaxtı açıqlanıb
- İkinci `qara qutu` tapıldı - Rusiyada