Bacısını öldürən qardaşın məhkəməsi olacaq


15:34     19 Aprel 2017 bogub%20qadin%20tutulub%20arvadini5.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin yanvarında Şamaxıda baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

Rafael Yolçuyev hadisəni törətdikdən sonra könüllü olaraq Şamaxı rayon Polis Şöbəsinə gedib və bacısını namus üstündə öldürdüyünü bildirib. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Əmisi oğlu Rafael Yolçuyevin cinayətinə haqq qazandırıb: “Əmim qızı ailəli idi və səhv yola düşdü, qardaşı eşidən kimi tədbirini gördü. Biz onu bağışlaya bilməzdik. Namusumuzu təmizləmək üçün əmim oğlu Rafael Yolçuyev bacısını öldürdü və könüllü olaraq polisə təslim oldu”.


Femida.az

Açar sözlər:

Oxunub: 1164