Bacısının evindən qızıl və pul oğurladı
23:54 18 Dekabr 2017
Şirvanda oğurluqla məşğul olan şəxs tutulub.
Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar həmin ünvana gələn Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və 3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib.
Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 846
Oxşar xəbərlər
- Bacısının ərini və qayınatasını güllələdi
- Bacısının həyat yoldaşını öldürdü - Bakıda növbəti qətl
- Bacısının ərini öldürən şəxs məhkəməyə şikayət etdi
- Bacısının başını kəsən qız azadlıqda — ŞOK
- Bacısının əriylə qaçan 15 yaşlı qız - “Məni də başa düşün”
- Bacısının ərinə qoşulub qaçan qız tapıldı
- Bacısının əri ilə qaçan qıza qadağa - Polis onu axtarır
- Bacısının əri ilə qaçan qızın atası infarkt keçirdi
- Bacısının toyu üçün gətirdiyi soyuducuda öldü - Tovuzda dəhşət
- Bacısının evindən 250 manat oğurladı, saxlanıldı