Yaşayış binasında yanğın - 40 nəfər təxliyə edildi


13:07     24 Aprel 2017 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64032.jpg

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı hadisə yerindən 40 sakin təxliyə, 8 azyaşlı xilas edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2237