Polşa ilə əməkdaşlıq daha da genişləndirilir
21:33 26 Aprel 2017
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı, eləcə də səfirin müşaviri Andjey Yankovskini qəbul edib.
Mərkəzdən Femida.az- verilən məlumata görə, görüşdə əsasən ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərindən, bir sıra sahələr üzrə əməkdaşlıqdan, Azərbaycan sənaye parklarında Polşa şirkətlərinin iştirak imkanları haqda danışılıb.
Azərbaycan və Polşa arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə V.Qasımlı ölkəmizin iştirak etdiyi bir sıra beynəlxalq layihələr barədə səfirə məlumat verib. Habelə Strateji Yol Xəritəsi, "Azexport" portalı və portal üzərindən yeni yaradılan Rəqəmsal Ticarət Qovşağı haqda geniş danışıb.
Öz növbəsində Polşa səfiri beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Polşa müsəlmanlara qadağa qoydu
- Polşa Ermənistana 1.7 milyon dollarlıq silah göndərir
- Polşadan Azərbaycana gələnlərin nəzərinə: Konsulluq işləməyəcək
- Polşanın keçmiş prezidenti qəzaya düşüb
- Polşanın baş diplomatı Azərbaycana gələcək
- Polşada yaşayan azərbaycanlılar aksiya keçirdi - Ermənistan səfirliyi qarşısında
- Polşada 10 min insan təxliyə edildi - Bomba təhlükəsi
- Polşadan Azərbaycana Qarabağ dəstəyi
- Polşada Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq
- Polşa ilə əməkdaşlıq genişləndirilir