Polşa Ermənistana 1.7 milyon dollarlıq silah göndərir


21:10     18 Dekabr 2017 lub-e1513598595872.jpg

Ermənistanın Müdafiə Nazirliyi “Lubawa Armenia” şirkəti ilə silahlı qüvvələrin təchizatına dair 1.7 milyon dollarlıq müqavilə imzalayıb.


Femida.az xəbər verir ki, “AzeriDefence”nin Polşanın “inwestycje.pl” saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də imzalanmış müqavilə çərvivəsində “Lubawa Armenia” şirkəti Ermənistan ordusunu xüsusi təyinatlı avadanlıqlarla təchiz edəcək.

“Lubawa S.A” şirkətinin rəhbəri Marcin Kubica bildirib ki, bu qərar regionda daha çox müqavilələr bağlamaq üçün “qapını” açacaq. Bu gün Ermənistanda istehsal etdiyimiz məhsulları Gürcüstan və Qazaxıstanda təklif edirik” deyə Marcin Kubica əlavə edib.

Qeyd edək ki, “Lubawa Armenia” Ermənistan-Polşa birgə müəssisəsi 2013-cü ildə yaradılıb. Polşanın “Lubawa S.A” şirkəti müəssisədə 51% paya malikdir. Hazırda şirkət Ermənistanda aldadıcı hədəflər, çadırlar, dəbilqələr, zireh, əsgər çəkmələri və digər hərbi məhsulları istehsal edir. Yaxın perspektivdə isə müəssisə multispektral gizləmə örtüklərinin istehsalına başlamağı planlaşdırır.

Açar sözlər:

Oxunub: 2799