Raquf Orucovun arvadına vəzifə verildi - EKSKLUZİV


21:32     27 Aprel 2017 18155690_1334074916669639_1684801598_n.jpg

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.


Femida.az-ın əldə etdiyi məlumata görə, Sevinc Orucova Komitənin Gender Siyasəti ve Qadın Problemleri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.

Komitənin İnformasiya Şöbəsindən faktı Femida.az-a təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 52087