Salyanda 38 əl qumbarası tapılıb


22:27     27 Aprel 2017 salyan-rayonu-27.04.2017-1.JPG

Salyan rayonunda partlamamış hərbi sursatlar aşkarlanıb.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin anbarına baxış keçirilib, təlim məqsədli 38 ədəd RQD-5 əl qumbarası və 47 ədəd UZRQM partladıcısı aşkar olunaraq zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı əsasında keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 904