50 yaşlı kişi intihar etdi - Səbəbi bilinmir


13:50     28 Aprel 2017 intihar_asmaq_014547.jpg

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 50 yaşlı Həbib Ələkbər oğlu Mirzəyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1571