Həmyerlimiz Dərbəndin meri seçildi


14:32     12 Avqust 2015 c6b0da10-de6b-4b5b-a15b-3505ba3e0f36.jpg

Dərbənd şəhərinin meri İmam Yaraliyevin istefa verməsi ilə əlaqədar bu vəzifəni şəhər administrasiyasının rəhbəri Azadi Rəhimov icra edəcək.


Bu haqda Dərbənd şəhər administrasiyasının mətbuat xidməti xəbər verib.

Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib. Fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov Dağıstanın 1958-ci ildə Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.

Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. Daha əvvəl İmam Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq məsələsinə aid sənədlərlə bağlı olub.

Dərbənd şəhərinin meri İmam Yaraliyev haqqında Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb. İddia olunur ki, 2010-cu ildən mer vəzifəsini icra edən İ.Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500 kv.m. torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirmək istəyib.
Dərbənd meriyasının dövlətə 36 milyon rubl həcmində ziyan vurması ilə bağlı materiallar bu ay Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən prokurorluğa təqdim olunub.

Açar sözlər:

Oxunub: 971