AMEA-nın elmi ekspedisiyalarının səlahiyyətləri müəyyənləşdirilib


13:16     30 Aprel 2017 amea2.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi ekspedisiyaların təşkili sahəsində səlahiyyətləri müəyyənləşdirilib.


Femida.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”a dəyişiklik edib.

Beləliklə, AMEA elmin müxtəlif sahələri üzrə ölkə ərazisində və xaricdə çöl təcrübələri və elmi ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin işinə nəzarət edir, çöl təcrübələrinin və ekspedisiyaların nəticələrinə dair hesabatlar hazırlayır.

Femida.az

Açar sözlər:

Oxunub: 773