Ünvanlı sosial yardım almaq istəyənlərin - NƏZƏRİNƏ


23:25     12 Avqust 2015 207153_456505.jpg

Femida.az vətəndaşlara hüquqi yardım və maarifləndirmə mövzusu ətrafında işini davam etdirir.


Ünvanlı dövlət sosial yardım almaq hüququna hansı hallarda yenidən baxıla bilər?

“Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanununun 10-cu maddəsinə əsasən:

Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin gəlirləri və ya tərkibi dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Yuxarıda göstərilən hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına (burada bu funksiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial mərkəzləri həyata keçirir) 7 gün müddətində məlumat verilməlidir. Sosial yardımın məbləğinin azaldılmasının və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat vermədiyi təqdirdə həmin ailə 2 il müddətində sosial yardım almaq hüququnu itirir.

Sosial yardım verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına (burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri həyata keçirir) qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1715