Naziri terrorçu zənn edib öldürdülər


14:06     04 May 2017 408277002.jpg

Somalidə təhlükəsiz xidmətinin əməkdaşları səhvən ölkənin ictimai işlər və yenidənqurma naziri Abbas Abdullahini güllələyərək öldürüblər.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişoda, prezident sarayının qarşısındakı nəzarət-keçid məntəqəsində baş verib.

Polis nümayəndəsi Nur Hüseynin sözlərinə görə, təhlükəsiz xidmətinin əməkdaşları avtomobildə terrorçuların olduğunu zənn edərək atəş açıblar.

Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir.

Xatırladaq ki, ötən ilin iyun ayında Somalinin Ətraf mühit naziri Buri Həmzə “Əş-Şəbab” terror qruplaşmasının Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1638