Bir qrup hərbi qulluqçu təltif edildi - FOTOLAR
20:11 09 May 2017
Dövlət Sərhəd Xidməti Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməklə yanaşı ölkəmizdə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.
Femida.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inşa edilmiş inzibati binası bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlərin növbəti nəticələrindən biridir. May ayının 9-da Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yaradılmasının 25 illiyi və yeni inşa edilmiş inzibati binanın açılışı münasibətilə təntənəli tədbir keçirilib.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dahi Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş xidməti nailiyyətləri qeyd etmiş, Ali Baş Komandanın etimadı ilə fəxr edən Azərbaycan sərhədçıləri üçün dövlətçiliyimizin və sərhədlərimizin keşiyində durmağın böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirmişdir.
Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin fəaliyyətə başladığı gündən Respublikamızın əsas giriş-çıxış qapılarında Dövlət Sərhədindən keçən şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə etibarlı sərhəd nəzarətini həyata keçirdiyini, müstəqilliyimizin ilk illərində əzmkarlıq və iradə nümayiş etdirdiyini, böyük inkişaf yolu keçərək formalaşdığını vurğulayıb.
Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və digər qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, sonra inzibati binaya baxış keçirilib.
Ümumi ərazisi 0,6 hektar olan dörd mərtəbəli qərargah binasında xidməti və xüsusi təyinatlı otaqlar, müxtəlif yığıncaqların keçirilməsi və tədbirlərin təşkil olunması üçün konfrans zalı, təlim mərkəzi inşa olunub. Qərargah binasında xidmətin yüksək standartlara və günün tələblərinə uyğun şəkildə təşkil olunması üçün zəruri şərait yaradılmış, lazımi avadanlıqlar və vasitələrlə təmin olunub.
Femida.az
Oxunub: 1530
Oxşar xəbərlər
- Birinci xanım qızları ilə Yeni il şənliyində
- Biri özünü yandırmaq istədi, digəri isə... - Neftçalada iki nəfər intihara cəhd etdi
- Bir qrup əlil evlə təmin olunub
- Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
- Bir neçə telefon qovşağı ləğv olunub
- Bir həkim ayağını kəsdi, digəri yerinə tikdi - Video
- Bir ayda 9 min müsəlman öldürülüb
- Bir yumuruqla adam öldürdü - 9 il 6 ay həbs
- Bir neçə oğurluğun üstü açılıb
- Bir manatlıq metal sikkələr buraxıla bilər