Tramp komissiya yaratdı - Seçki pozuntuları araşdırılacaq


15:08     12 May 2017 donald-trump.jpg

ABŞ prezidenti Donald Trampın verdiyi sərəncamla ötən ilki prezident seçkilərində baş verən qanun pozuntularının araşdırılması üçün komissiyanın yaradılıb.


Femida.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibinin müavini Sara Sanders məlumat yayıb.

O bildirib ki, D.Tramp vitse-prezident Mayk Pensi komissiyanın sədri təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti bildirib ki, ötən ilki seçkidə milyonlarla insan qeyri-leqal səs verdiyindən səslərin ümumi sayında rəqibinə, keçmiş dövlət katibi Hillari Klintona məğlub olub. Bununla belə D.Tramp dediklərini təsdiqləyən sübutlar təqdim etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 963