Sarkisyanın yeni vəzifəsi bəlli oldu


18:16     12 May 2017 2015-06-27-10-11-44serj-sarkisyan-full-640.jpg

Səlahiyyət müddəti başa çatdıqdan sonra Ermənistan Prezidenti Serj Sarqsyan ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi postunu tutacaq.


Bu barədə Ermənistanın “İrates” qəzeti məlumat yayıb.

Məlumata görə, o, bununla dövlət qərarlarının qəbuluna təsir imkanlarını qoruyacaq. Bir müddət əvvəl Serj Sarqsyan gələcək fəaliyyətinin təhlükəsizlik sahəsi ilə bağlı oldğunu bildirib.

Qeyd olunur ki, o, bu vəzifəyə ötən ildən hazırlaşıb. 2016-cı ilin avqustunda Serj Sarqsyanın sərəncamı əsasında Milli Təhlükəsizlik Şurasının katibliyi təsis edilib.

Qeyd edək ki, Ermənistan prezidentinin səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır.

Femida.az

Açar sözlər:

Oxunub: 3555