Gəncə sakini uçurumdan yıxıldı


13:16     13 May 2017 publika.az1449870438tecili%20yardim.jpg

Gəncə şəhər sakini uçurumdan yıxılıb.


Hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Cəfərov Muraz Faqət oğlu müvazinətini saxlaya bilməyərək yolun kənarındakı uçurumdan dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan 56 yaşlı kişi Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 904