8 gün ölümlə mübarizə apardı


15:12     13 May 2017 xestexana1.jpg

Sabirabad rayonunda avtomobillə vurularaq ağır kələ-beyin travması alan 23 yaşlı gənc xəstəxanada ölüb.


Femida.az-ın məlumatına görə, mayın 5-də Sabirabad rayonunun Ulacalı kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Səid Arzu oğlu ağır bədən xəsarətləri alıb. Açıq-kəllə beyin travması və digər xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdrilən 23 yaşlı gənc bu gün səhər saatlarında özünə gəlmədən ölüb.

Qeyd edək ki, hadisə Ulacalı kənd sakini Alışov Səməndər Əhəd oğlunun idaərə etdiyi “NİVA” markalı 90 NH 054 dövlət nömrə nişanlı avtomobillə törədilib. Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1624