Oğurluqda şübhəli bilinən şəxs tutulub


22:03     16 May 2017 cinayet%20tutul%20azadliq%20ogur1.jpg

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsədov tutulub.


Femida.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də Yeni Ramana qəsəbəsindəki evlərdən birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 606