Oğurluqda şübhəli bilinən yeniyetmə tutuldu


18:26     03 Avqust 2017 hebs%20omur49.jpg

Bakıda məktəbdən 24 ədəd kompüter prosessorunun plataları oğurlanıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da rayon ərazisindəki orta məktəblərdən birində 24 ədəd kompüter prosessorunun platalarını sökərək oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini olan bir yeniyetmə tutulub.

Daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 776