Balakəndə ferma yandı


22:11     17 May 2017 13878640961363594763_yangin45sadas1.jpg

Bu gün Balakəndə “Azəryem Sənaye” MMC-yə məxsus fermada yanğın olub.


Femida.az -ın məlumatına görə, yanğın Balakən rayonu Katex kənd inzibati ərazisində yerləşən fermanın həyətyanı sahəsinə yığılmış ot tayasından başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Qısa müddətdə yanğının genişlənərək yaxınlıqdakı tikililərə qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın tam lokallaşıb, tam söndürülmə prosesi gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 1262