Balakəndə ər arvadını bıçaqlayıb


13:54     22 Noyabr 2017 bicaqlanma2.jpg

Balakən rayonunda kişi həyat yoldaşını ölümcül bıçaqlayıb.


Hadisə rayonun Qullar kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü İbadov Raman Cümşüd oğlu eyni ünvanda yaşadığı həyat yoldaşı, 1987-ci il təvəllüdlü İbadova Esmira Cümşüt qızı ilə mübahisə edib. Mübahisə nəticəsində R.İbadov həyat yoldaşına bir-neçə bıçaq zərbəsi vuraraq öldürmək istəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində R.İbadov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. (Trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 755