Rumıniya səfiri BDU-da olub
22:58 17 May 2017
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib.
Femida.az xəbər verir ki, BDU-nun dünyanın bir çox aparıcı universitetləri, o cümlədən, Rumıniya ali təhsil ocaqları ilə uğurlu əlaqələrindən bəhs edən rektor əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını bildirib.
Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən səfir Dan İanku bunun üçün BDU-da çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində istənilən dəstəyi göstərməyin mümkünlüyünü söyləyib.
Görüşdə bu günlərdə baş tutacaq universitetlərarası forumdan da bəhs edilib.
Femida.az
Oxunub: 806