Gəncədə yanğın olub


13:06     19 May 2017 fhn%20yangin0.jpg

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 605