Maliyyə Nazirliyi hərrac keçirəcək


13:44     19 May 2017 dollar%20herrac3.jpg

Mayın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.


BFB-dən Femida.az-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faizdir. İstiqrazlar 2019-cu il mayın 21-də ödəniləcək. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 899