Maliyyə Palatası müsabiqə keçirir


15:19     10 Avqust 2017 14647854671584913342_554x360.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edib.


Femida.az Palataya istinadən xəbər verir ki, təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcək.

Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram 2017-ci ilin sentyabr – dekabr aylarını əhatə edəcək. Təcrübə proqramında iştirak etmək istəyənlər “Təcrübə proqamında qəbul üçün müraciət anketi”, şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Proqramda iştirak üçün son müraciət tarixi 1 sentyabr 2017-ci ildir.

Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 767