Gəncə sakini bıçaqlanıb


22:53     19 May 2017 bicaq21.jpg

Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Məmmədov bıçaq xəsarətləri ilə polislər tərəfindən xəstəxanaya gətirilib. Əməliyyat olunan Z. Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 812