Mançesterdə ölənlər arasında azərbaycanlı yoxdur - Səfirlik


17:33     23 May 2017 mancestr138.jpg

"Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi bildirir ki, hazırda olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".


Bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir və yeni xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək.

Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 832