Bakıdakı atışma ilə bağlı - Son açıqlama


15:06     24 May 2017 polis%20bicaqlandi.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2655