Bakıdakı gecə klubunda qız döyülüb


14:27     23 Avqust 2017 gece_klubu_01.jpg

Bakı şəhərindəki gecə klublarından birində dava-dalaş baş verib.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində qeydə alınıb. Klubda baş verən davada 1990-cı il təvəllüdlü Aynurə Əhmədova döyülüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1227