31 İŞİD-çi məhv edilib


02:33     26 May 2017 isis5.jpg

Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.


Bu barədə "Associated Press" məlumat yayıb.

Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər.

Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.

Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin 6 hərbçi də həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1125