Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb
14:41 31 May 2017
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Kolumbiya prezidenti Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu deyib və ölkədə son illər əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. O, ilk fürsətdə məmnuniyyətlə Azərbaycan Respublikasına səfər edəcəyini söyləyib.
Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 758
Oxşar xəbərlər
- Məmmədyarov TürkPA-nın baş katibini qəbul edib
- Məmmədyarov Rusiya səfiri ilə vida görüşü keçirib
- Məmmədyarovun həmsədrlərlə görüşü başladı - FOTO
- Məmmədyarovla Nalbandyan görüşəcək
- Məmmədyarov gürcü həmkarına məktub yazdı
- Məmmədyarov Vyanaya gedir - Nalbandyanla görüşəcək
- Məmmədyarov Çavuşoğlu ilə görüşdü
- Məmmədyarov Çindən gələn nümayəndələri qəbul etdi
- Məmmədyarov həmsədrlərin təklifini qəbul etdi
- Məmmədyarov Moskvada həmsədrlərlə görüşür