Milli Məclis dövlətlərarası sənədləri təsdiqlədi


17:58     31 May 2017 milli%20meclis24.jpg

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra sənədlər ratifikasiya olunub.


Femida.az-ın məlumatına görə, bunlar "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyası, Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya, Azərbaycan hökuməti və Qətər hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə" Protokol, "Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli sazişin həyata keçirilməsinə dair" Protokol və “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" əsasnamədir.

Sənədlər ayrılıqda səsə qoyularaq təsdiq olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 730