Daxili orqanından narkotik çıxdı


22:42     31 May 2017 heroin%20narkotik2.jpg

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Femida.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq tibbi müəyinədən keçirilib.
Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) iki ədəd bağlamada olmaqla, narkotik vasitələr - xalis çəkisi 222,565 qram heroin və xalis çəkisi 12,545 qram tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 597