Daxili orqanında heroin keçirmək istədi
18:21 17 İyul 2017
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 771
Oxşar xəbərlər
- Daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası təsdiqləndi
- Daxili asayişi hansı qüvvələr qoruyacaq?
- Daxili orqanında narkotik tapıldı
- Daxili orqanında heroin keçirmək istədi
- Daxili İşlər Nazirliyi işçi axtarır
- Daxili işlər nazirləri Düşənbədə toplaşacaq
- Daxili orqanında narkotik keçirmək istədi
- Daxili orqanından narkotik çıxarıldı
- Daxili orqanından narkotik çıxdı
- Daxili orqanından narkotik çıxdı