XİN Kabildəki terroru pislədi


01:20     01 İyun 2017 XIN14.jpg

"Biz Kabildə baş verən terror aktını qınayırıq"


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı ilə bağlı "Twitter" səhifəsində yayılan bəyanatında bildirilib: "Bizim qəlbimiz qurbanların ailələrilədir. Yaralılara tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yaxınlığında minalanmış avtomobil partladılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 613