Mikayıl Müşfiq parkı nə zaman istifadəyə veriləcək?


16:18     02 İyun 2017 mikayil-musviq-sekil2-1170x585.jpg

İyunun 5-də Mikayıl Müşfiqin adını daşıyan parkın yenidən Bakı sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə məlumat verib.

İttifaq sədri bildirib ki, şairin abidəsi də yenidənqurmadan sonra istifadəyə veriləcək: "İyunun 5-də Mikayıl Müşfiqin anadan olduğu gündür. Belə bir istəyimiz var ki, o vaxta qədər işləri yekunlaşdıraq. Hazırda parkda abadlıq işləri aparılır, görülən işlərə hər gün özüm nəzarət edirəm. Rəsmi açılış planlaşdırılmır. Çünki parkın açılışı çoxdan olub, abidə orada var idi. Sadəcə hansısa səhvlər üzündən narahatlıq yaranmışdı. Ona görə də biz parkı və abidəni yenidən insanların istifadəsinə verməyi planlaşdırırıq".

Femida.az

Açar sözlər:

Oxunub: 1991