Millimiz dünya çempionatına vəsiqə qazandı


23:59     03 İyun 2017 voleybol7.jpg

Bakıda qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirilib.


Femida.az xəbər verir ki, E qrupunda baş tutan son turun oyunlarında Azərbaycan millisi Hollandiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycanın qələbəsi ilə başa çatıb - 3:0. Bununla da Faiq Qarayevin komandası tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Yaponiyada təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1772