Millimiz Fransaya yollandı
16:07 19 Avqust 2017
Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatına yönəlib.
Femida.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə Parisə yola düşüb.
Komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıb. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparacaq.
Proqrama əsasən, çempionatın ilk iki yarış günündə yunan-Roma güləşçiləri yarışacaq. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.
Femida.az
Oxunub: 753
Oxşar xəbərlər
- Millimiz Ermənistanı məğlub etdi
- Millimiz Ermənistan yığması ilə qarşılaşacaq
- Millimiz Çexiyaya məğlub oldu
- Millimiz kapitanı futboldan gedir
- Millimiz Hollandiya ilə bacarmadı
- Millimiz Almaniyanı məğlub etdi
- Millimiz Ermənistanı darmadağın etdi
- Millimiz məğlub oldu
- Millimiz dünya çempionatına vəsiqə qazandı
- Millimiz qızıl medal qazanıb