Məhşur aparıcı canlı yayımda vidalaşdı


00:20     17 Avqust 2015 jpg7604AC023203065F9D7FE1C96EFCD751DF20A31269D2C7A52^pimgpsh_fullsize_distr.jpg

“Xəzər Xəbəri”-in keçmiş aparıcısı İnteraz TV ilə yollarını ayırıb.


Tanınmış jurnalist, İnteraz TV-nin Xəbərlər departamentinin rəhbəri və “Xəbərlər” proqramının aparıcısı Cəlalə Nəzəroğlu dünən canlı yayımda sevənləri ilə vidalaşıb.

Femida.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini qonşu kanalların birində davam etdirəcək.

Məsələyə aydınlıq gətirmək üçün aparıcı ilə əlaqə saxladıq. O, xəbəri təsdiqləsə də, yeni mövsümdə hansı kanalda aparıcılıq edəcəyini demədi.

Xatırladaq ki, Cəlalə Nəzəroğlu Azərbaycan Televiziyasında “Səhər” proqramının, Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və İnteraz TV-nin Xəbərlər departamentinin rəhbəri olaraq çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5064