Pulsuz “Wi-FI“ zonalar yaradılacaq


21:28     29 Aprel 2015 bakida-pulsuz-wi-fi-ya-cixis-noqtelerinin-sayi-artirilir_04-09-2014.jpg

“Azərspace1” telekommunikasiya peyki Birinci Avropa Oyunlarının yayımını təşkil edəcək 4 peykdən biri seçilib. Artıq test prosesindən keçib və bu gün onun istifadəsi üçün peyk tamamilə hazırdır.

Femida.az xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalsitlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar olaraq, ictimai yerlərdə, bir çox parklarda, olimpiya kəndində, oyunların keçiriləcəyi məkanların ətrafında olan sahələrdə “wi-fi” zonalar istifadəyə veriləcək.

“Bu iş provayderlər tərəfindən həyata keçiriləcək. Provayderlərə iki ay ərzində bu işin pulsuz həyata keçirilməsini təklif etmişik. Daha sonra bu ödənişli olaraq istifadə ediləcək”.

Açar sözlər:

Oxunub: 694