Arvadını və iki övladını qətlə yetirdi - TƏFƏRRÜAT


18:44     09 İyun 2017 bogub%20qadin%20tutulub%20arvadini1.jpg

Mingəçevirdə törədilən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.


Femida.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Nəsimi küçəsindəki 31 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Hüseynovanı və iki azyaşlı övladı-2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Aynurə Hüseynovanın qohumlarının sözlərinə görə, qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Qonşuları bildiriblər ki, Lazım Hüseynov Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var. Onun zəhmətkeş adam, ailəcanlı insan olduğunu deyən qonşular L.Hüseynov uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər.


Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.


***

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

Şəhər sakini, 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı Aynurə Hüseynovanı və övladları, 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Qətlin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər. Qətli törədən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 9082