Məsciddə qadınla adı çıxan bələdiyyə sədri DANIŞDI


19:20     09 İyun 2017 1497005953-0956.jpeg

Masallı rayon Hüseynhacılı kəndin məscidində bələdiyyə sədri olan Rafiq Ağayevin qadınlarla sərxoş halda tutulması barədə məlumat yayılıb.


Bələdiyyə sədri yayılan qalmaqallı xəbərə münasibət bildirib. O, Femida.az-a açıqlamasında deyib ki, bu bir qrup şəxsin ona qarşı təxribatıdır. Bələdiyyə sədri həmin şəxslərlə bağlı Masallı rayon Polis İdarəsinə və Prokurorluğuna rəsmi müraciət etdiyini deyib və bununla bağlı araşdırma aparılır. Rafiq Ağayevin sözlərinə görə, o heç vaxt qadınlarla birgə məsciddə olmayıb və o qadınları tanımır.

Xatırladaq ki, Qafqazinfo.az saytı yaydığı məlumatda bələdiyyə sədrinin yüngül əxlaqlı qadınla məsciddə sərxoş halda əyləndiyini qeyd edib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12354