Arvadı ilə birləşib ata və anasını öldürdü - Təfərrüat (YENİLƏNİB)
02:31 10 İyun 2017
Masallı rayonunun Miyenkü kəndində baş verən dəhşətli qətl hadisəsinin bəzi detalları məlum olub.
Kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Asudə Ağayeva ailə münaqişəsi zəminində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni öldürərək həyətlərindəki tövlədə basdırıblar və üzərini betonla örtüblər.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, ər-arvad iyunun 5-də yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Masallıda dəhşətli qətl hadisəsi baş verib.
Rayonun Miyenkü kənd sakini Ağayev Azər atası Ağayev Etibar Qiyas oğlu və anası Ağayeva Rəfiqə Qurban qızını qətlə yetirib.
İlkin məlumata görə, valideynlərini öldürən E.Ağayev onların meyitlərini tövlədə gizlədib.
Hadisənin təfərrüatı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. (apa)
Femida.az
Oxunub: 4736
Oxşar xəbərlər
- Arvadının cehizini oğurlayıb satdı - Bakıda
- Arvadının gözləri qarşısında öldürdülər
- Arvadının başını kəsib ölkədən qaçmaq istədi - Bakıda dəhşət
- Arvadına zəng edən şəxsi döydü, lüt soyundurdu, sonra... - Kürdəmirdə İNANILMAZ OLAY
- Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək
- Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Salyanda DƏHŞƏTLİ QƏTL
- Arvadını döyüb xəstəxanalıq etdi
- Arvadını öldürüb qaçıran şəxs tutulub
- Arvadını boğub öldürmüşdü - Cəzası azaldıldı
- Arvadını öldürən şəxs polisə təslim oldu