Britaniyada koalisiyalı hökumət qurulur


14:24     10 İyun 2017 000_PD2PG-1.jpg

Böyük Britaniyada keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.


Bu barədə Femida.az BBC-yə istiandən xəbər verir.

Məlumata görə, səslərin 100% hesablanmasından sonra mühafizəkarlar 650 mandatdan 318-ni, leyboristlər isə 262-ni əldə ediblər.

Şotlandiya Milli Partiyası 35, Liberal Demokratik Partiyası 12, Şimali İrlandiya Demokratik Yunionist Partiyası – 10, Uels partiyası – 3, “Yaşıllar” partiyası 1 mandat əldə edib.

Bununla da Baş nazir Tereza Mey parlamentdə 10 mandat qazanan Şimali İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya qurulacağını bildirib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1317