Naxçıvanda zəhərlənən olmayıb - Aylıq statistika


20:30     10 İyun 2017 zeherlenme.png

Naxçıvan Muxtar Respublikasında may ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az- a bildirilib ki, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 98 faizi idarəedilən yoluxucu xəstəliklərə görə peyvənd olunub. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə müvafiq müəssisələrin rəhbərlərinə göstərişlər verilib, müəyyən ərazilərdə dezinseksiya tədbirləri həyata keçirilib. Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər, maarifləndirici tədbirlər aparılıb.

Hepatit virusu ilə yoluxmaların qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən vətəndaşlarla birbaşa ünsiyyətdə olan xidmət obyektlərində monitorinqlər aparılıb və müvafiq tədbirlər görülüb.

Həmçinin kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.

May ayı ərzində bakterioloji laboratoriyada 93 su, 21 yuyuntu və 1106 digər nümunələrin müayinələri aparılıb. Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, 1115 nəfər müayinə olunub.

Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin qidalanma gigiyenası və kommunal gigiyena laboratoriyalarında da müayinələr aparılıb.

Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib. Sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 897