Oğlunu öldürən ata HƏBSDƏ QALDI


21:10     10 İyun 2017 1398947325_mehkeme.jpg

Ali Məhkəmədə 15 il əvvəl gəlini ilə birlikdə oğlunu öldürməkdə təqsirləndirilən Həsrət Əliyev barəsində olan məhkəmə qərarından kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi 2001-ci ildə Qubada baş verib. Quba rayon sakini, 1976-cı il təvəllüdlü Yeganə Mayıl qızı Ərəbova və qayınatası H.Əliyevlə birgə həyat yoldaşı Elman Həsrət oğlu Əliyevi qətlə yetiriblər. H.Əliyev gəlini ilə əlbir olaraq oğlunu öldürdükdən sonra yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb. Hadisədən 14 il sonra - 2015-ci ildə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər tutulub. Quba Rayon Məhkəməsinin qərarı ilə H.Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Əliyev 14 il, Y.Ərəbova 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan H.Əliyev apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti təmin olunmayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müracət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 982