Zakir Həsənov türkiyəli admiralla görüşüb
22:12 13 İyun 2017
İyunun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçlə görüşüb.
Müdafiə Nazirliyindən Femida.az -a bildirilib ki, müdafiə naziri ikitərəfli əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ölkəmizə səfərindən şərəf duyduğunu bildirən kontr-admiral H. Bilgiç dövlətlərimiz arasında bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim inkişaf etdiyini vurğulayıb.
Sonra tərəflər Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə tibb mütəxəssislərinin qarşılıqlı səfərlərinin və müxtəlif kursların təşkili, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib